7 sentyabr 2011 03:07
Bakının futbolçusu şotlandlara məğlub oldu
"Bakı"nın futbolçusu Deyvidas Çesnauski AÇ-2012-nin seçmə mərhələsində məğlubiyyətə üzülüb. Azerisport.az xəbər verir ki, onun çıxış etdiyi Litva yığması səfərdə Şotlandiyaya yenilib - 0:1.
Qarşılaşmanın taleyini həll edən qola 50-ci dəqiqədə Naysmit imza atıb. 45-ci dəqiqədə isə şotlandların kapitanı Fletçer penaltidən yararlana bilməyib.
Litva yığmasının baş məşqçisi Raymondas Jutautas "Bakı"nın futbolçusuna start heyətində şans verib. Çesnauski qarşılaşmanı əvəzedilmədən keçirib.
