7 sentyabr 2011 03:10
Arda Turan: Öncə Azərbaycanı, sonra Almaniyanı yenib...
Türkiyə yığmasının üzvü Arda Turan AÇ-2012-yə yollanmaq şanslarını dəyərləndirib. Azerisport.az xəbər verir ki, Avstriya ilə oyunun (0:0) son dəqiqəsində penaltini qaçıran İspaniyanın “Atletico” klubunun futbolçusu milli komandamızı məğlub etmək istədiyini gizlətməyib:
"Ümid edirəm ki, Avropa çempionatına gedəcəyik. Almaniya qrupumuzun favoritidi. Amma onlara qarşı başabaş mübarizə aparacaq gücdəyik. İnşallah, öncə Azərbaycanı, sonra Almaniyanı yenib, Avropa çempionatına gedərik".
