7 sentyabr 2011 03:16
Starkov və yetirmələri qələbəni əldən verdi
"Bakı"nın üzvləri AÇ-2012-nin seçmə mərhələsində qələbəni əldən veriblər. Azerisport.az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Aleksandr Starkovun başçılıq etdiyi, oyunçuları - Denis İvanov və Maris Verpakovskinin çıxış etdiyi Latviya yığması Yunanıstanı qəbul edib.
Hesabı qarşılaşmanın 19-cu dəqiqəsində Latviya yığmasından Aleksandr Çauna açıb. 84-cü dəqiqədə isə Kiriakos Papadopoulos bərabərlik qoluna imza atıb və oyun 1:1 hesabı ilə yekunlaşıb.
Starkov "Bakı"dakı yetirmələrinə start heyətində şans verib. Denis komandanı kapitan kimi meydana çıxarıb və 90 dəqiqə oynayıb. Verpakovskini isə 68-ci dəqiqədə Artyom Rudnevs əvəzləyib.
"Bakı"nın baş məşqçisi "Qəbələ"nin qapıçısı Pavel Doroşevi ehtiyatda saxlayıb. Əvəzində Starkov bu yay AZAL-ın heyətindən kənarlaşdırılan Ritus Krjauklisi 90 dəqiqə oynadıb. O, 57-ci dəqiqədə sarı vərəqə alıb.
