7 sentyabr 2011 01:38
Qarabağın oyunçusu meydandan qovuldu
"Qarabağ"ın futbolçusu Ansi Aqoli qırmızı vərəqə alıb. Azerisport.az xəbər verir ki, alban futbolçu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Lüksemburqla keçirilən oyunda hakimin qəzəbinə tuş gəlib.
Aqoli qarşılaşmanın 54-cü dəqiqəsində Çarles Levekə qarşı kobudluq edib və matçın finlandiyalı baş hakimi Petteri Kari ona birbaşa qırmızı vərəqə göstərərək, meydandan qovub. "Qarabağ"ın Albaniya yığmasındakı digər futbolçusu Admir Teli də meydana start heyətində çıxıb. O, 35-ci dəqiqədə sarı vərəqə alıb.
AZAL-ın futbolçusu Ervin Bulku isə start heyətində yer almayıb. O, 62-ci dəqiqədə Frank Velyunu əvəzləyib.
Oyuna gəlincə, hesabı 27-ci dəqiqədə Albaniyadan Gilles Bettmer açıb. Albaniya 54-cü dəqiqədə azlıqda qalsa da, 10 dəqiqə sonra Eryon Boqdani ilə bərabərlik qoluna imza ata bilib. Lakin 78-ci dəqiqədə Aurelien Yoahim Lüksemburqun qələbə qoluna imza atıb – 2:1.
