7 sentyabr 2011 15:34
“Deməzdim ki, Azərbaycan ilk oyunla müqayisədə daha yaxşıydı”
Futbol üzrə Qazaxıstan yığmasının forvardı Sergey Qridin AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda millimizə qarşı keçirdikləri oyunu şərh edib. Astanada keçirilən ilk oyunda (2:1) dubla imza atan hücumçu komandasının bu dəfə 2:3 hesabıyla məğlub olduğu görüşdən sonra azerisport.az saytına müsahibəsində öncə bunları dilə gətirib:
“Biz öz səhvlərimiz ucbatından uduzduq. Müdafiədə daha diqqətli oynamaq lazım idi. Hücum xəttində isə rəqibin hər səhvindən yararlanmalıydıq. Amma təəssüf ki, bunları həyata keçirməyi bacarmadıq. Birinci hissədə yaxşı oynadıq. İkinci hissədə isə çoxlu səhvlər buraxmağa başladıq. Rəqib oyunçuları qapımıza doğru tez-tez buraxdıq”.

Onun sözlərinə görə, ikinci hissədə rəqib daha fəal oyun nümayiş etdirdi: “Fasilədən sonra adi vəziyyətlərdə səhvlərə yol verirdik. Ümumiyyətlə, azərbaycanlılar ikinci hissədə çox artırdılar. Düzdü, biz hesab arasındakı fərqi minimuma endirəndə, uğur qazanacağımıza da inanırdıq. Ən azından heç-heçəyə nail olmaq istəyirdik. Oyun gedirsə, şans həmişə olur. Amma təəssüf ki, bundan yararlana bilmədik”.
Gənc hücumçu Tofiq Bəhramov adına Respublika stadionunun qazonunun ideal vəziyyətdə olmamasının yenilgidə əsas rol oynadığını düşünmür: “Mən deməzdim ki, məğlubiyyətimizin əsas səbəbi meydança oldu. İstənilən halda rəqib də bizimlə eyni şərtlər altında mübarizə aparırdı. Elə yağışlı hava ilə də bağlı eyni sözləri deyə bilərəm. Axı yağış təkcə bizim üçün yağmırdı”.
Qridin Bakıdakı görüşü Astanadak keçirilən ilk oyunla (1:2) da müqayisə edib: “Əsas fərq məncə Azərbaycanın bu dəfə doğma divarlar arasında oynamasından ibarət idi. Başqa hansısa fərqin olduğunu düşünmürəm. Mən deməzdim ki, Azərbaycan bu gün Astanadakı oyundan daha yaxşı idi. Amma əlbəttə, yığmanızın heyətində yaxşı futbolçular var”.