7 sentyabr 2011 03:37
Bakının futbolçuları Macarıstanla bacarmadılar
"Bakı"nın futbolçuları 2012-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində məğlubiyyətlə üzləşib. Azerisport.az xəbər verir ki, Vadim Boretslə Aleksey Savinovun çıxış etdiyi Moldova yığması evdə Macarıstana yenilib - 0:2.
"Bakı"nın hər iki futbolçusu meydana start heyətində çıxıb və oyunu əvəzedilmədən keçirib. Ölkəmizdə bir neçə klubda çıxış etmiş Anatoli Doroş meydana 62-ci dəqiqədə çıxıb.
Moldova yığması E qrupunda 6 xalla sonuncudan əvvəlki – 5-ci pillədə qərarlaşıb.
