7 sentyabr 2011 15:46
Qarabağ Qaradağın qisasını 5 cavabsız qolla aldı
Yeni mövsümün hazırlığını davam etdirən “Sumqayıt Şəhər” klubunun 17 yaşadək futbolçulardan ibarət komandası növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Tağı Məmmədovun yetirmələri “Qarabağ”la qarşılaşıb.
Sumqayıt futbolçuları bu oyundan 0:5 hesabı ilə məğlubiyyətlə ayrılıb. Xatırladaq ki, bu komanda ötən həftə yoxlama oyununda “Qaradağ”a 3:2 hesabı ilə qalib gəlmişdi.
