7 sentyabr 2011 16:28
SŞ rəhbərliyindən azarkeşlərə milli təşəkkür
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində dünən Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan millisi Qazaxıstan yığmasını qəbul etdi. Azerisport.az xəbər verir ki, qarşılaşma 3:2 hesabı ilə millimizin xeyrinə başa çatdı.
Bu oyunda “Sumqayıt Şəhər” Peşəkar Futbol Klubunun azarkeş qrupu da millimizi dəstək üçün mərkəzi arenada öz yerlərini tutmuşdular. Klubun rəhbərliyi yığmamızı sona qədər dəstəklədiyi üçün fanatlara öz təşəkkürünü bildirib.
