7 sentyabr 2011 16:43
Volqanın rəsmi saytı Vaqifin və yığmamızın oyunundan yazdı
Rusiyanın “Volqa” klubunun rəsmi saytı da Azərbaycan yığmasının AÇ-2012-nin seçmə mərhələsində Qazaxıstan üzərində qələbəsinə biganə qalmayıb. Azerisport.az xəbər verir ki, millimizin forvardı Vaqif Cavadovun çıxış etdiyi Nijni Novqorod klubunun saytı yığmamızın və öz futbolçusunun çıxışı ilə bağlı bunları qeyd edib:
“Azərbaycan yığması Vaqif Cavadovla birgə evdə Qazaxıstanı qəbul edirdi. Hansı ki, bu komandalar A qrupunun ən zəifini müəyyənləşdirmək üçün mübarizə aparırdılar. İlk hissə qonaqların xeyrinə başa çatıb. Amma ikinci hissənin əvvəlində Azərbaycan hesabı bərabərləşdirib. Az sonra meydan sahibləri penaltini reallaşdıraraq hesabda önə keçiblər. 68-ci dəqiqədə isə Cavadov cərim meydançasına həndəvərindən yumşaq zərbə ilə topu qapının sol aşağı küncünə göndərib. Qonaqların qapıçısı heç “Volqa”nın oyunçusunun zərbəsini qaytarmağa cəhd də etməyib. Qalan vaxt ərzində qazaxlar bir dəfə də fərqlənə biliblər - 3:2. Belə olan halda azərbaycanlılar 5-ci pillədə möhkəmləniblər. Sona iki tur qalmış Azərbaycan yalnız Avstriyadan 1 xal gedir qalır. Oktyabrın 7-də bu komanda evdə məhz Avstriya ilə qarşılaşacaq”.