7 sentyabr 2011 16:50

“Razıyıq, çempion olmayaq, amma Neftçini udaq”

Futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci tura sentyabrın 10-da start veriləcək. Azerisport.az xəbər verir ki, turun ən maraqlı qarşılaşmalarından biri Lənkəran şəhərində baş tutacaq. "Xəzər Lənkəran" əzəli rəqibi, son çempion "Neftçi"ni qəbul edəcək. Oyunöncəsi "Xəzər Lənkəran" klubunun rumuniyalı baş məşqçisi Mirça Rednik fikirlərini paylaşıb.

- "Neftçi"yə qarşı digər komandalarla qarşılaşmalardan fərqli hazırlaşırsınız, ya hazırlıqlarda xüsusi bir fərq var?
- "Neftçi" ilə oyunlarımız həmişə böyük maraq doğurub. Azarkeşlərimiz bu komanda ilə oyunlarımıza xüsusi önəm verirlər. Bizim üçün də "Neftçi" ilə qarşılaşmalar prinsipial xarakter daşıyır. Ona görə də şənbə günü keçirləcək matça digər komandalarla qarşılaşmalardan fərqli hazırlaşırıq. Bu qarşılaşma bizim üçün adi bir oyun deyil.
 
- "Xəzər Lənkəran"ın heyətində itkilər varmı?
- Milli komandanın düşərgəsinə yollanan futbolçuların vəziyyətinin nə yerdə olmasından xəbərim yoxdu. Elnur Allahverdiyev milli komandaya zədəli getmişdi. Ancaq sonradan öyrəndim ki, Elnurun zədəsi elə də ciddi deyil.  "Rəvan"la qarşılaşmadan sonra Antonio Semedo da zədələnib. Onun müayinəsi başa çatandan sonra "Neftçi" ilə qarşılaşmada meydana çıxıb-çıxmayacağı dəqiqləşəcək.
 
- Ötən tur "Rəvan"la qarşılaşmada "Xəzər Lənkəran" iki xal itirdi. Bu oyundan sonra komandanın əhval-ruhiyyəsi necədi?
- Futbolda bütün oyunlarda qalib gəlmək mümkün deyil. Təbii ki, xal itkisinə görə məyus olduq. Ancaq bədbinliyə qapılmırıq. "Neftçi" ilə qarşılaşmada ötən turdakı xal itkisini azarkeşlərimizə unutdurmağa çalışacağıq.
 
- Lənkəran şəhər stadionun ot örtüyünün vəziyyəti nə yerdədi? Stadionun vəziyyəti baxımlı futbol oynamağa imkan verirmi?
- Stadionun ot örtüyünün yaxşı vəziyyətdə olduğunu söyləmək olmaz. İki gündür yağış yağır, bu gün bir qədər günəşli hava müşahidə olunub. Ümid edirəm oyun gününə qədər stadionun ot örtüyünün vəziyyəti yaxşılığa doğru dəyişər.
 
- "Neftçi" və "Xəzər Lənkəran" 22-ci dəfə qarşılaşacaq. Bu oyunlarda "Neftçi"nin üstünlüyü gözə çarpır. Növbəti qarşılaşmada minimal məqsədiniz nədi?
- Bu komandalar arasındakı qarşılaşmaların statistikasının mənim üçün əhəmiyyəti yoxdu. Mənim üçün "Xəzər Lənkəran"a gələndən sonrakı statistika önəmlidi. Mən bu komandada baş məşqçi kimi fəaliyyətə başlayandan sonra "Neftçi" ilə altı dəfə qarşılaşmışıq. İki dəfə qalib gəmişik, dörd oyun da heç-heçə başa çatıb. Çalışacağıq ki, məğlubiyyətsiz oyunlar seriyasını davam etdirək. "Neftçi" ilə qarşılaşmaya azarkeşlərimiz çox böyük önəm verirlər. Hətta elə azarkeşlər var ki, mövsüm boyu "Neftçi" ilə oyunlarımızı gözləyirlər. ""Neftçi" ilə qarşılaşmalar bizim üçün o qədər vacibdi ki, razıyıq, çempion olmayaq, amma "Neftçi"ni məğlub edək. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.