7 sentyabr 2011 17:04
Çertoqanov: İkinci forvardın meydana buraxılması zəruri idi
Futbol üzrə yığmamızın yarımmüdafiəçisi Aleksandr Çertoqanov AÇ-2012-nin seçmə mərhələsinin Qazaxıstanla oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 3:2 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları dilə gətirib:
“Çox çətin oyun oldu. Qələbənin nə qədər çətinliklə əldə olunduğunu hamı gördü. Düzdü, bu oyunu sona kimi davam etdirə bilmədim, əvəzləndim. Bunun da səbəbi irəli xəttdə fəallığı artırmaq zərurəti idi. Meydana ikinci forvardı buraxmaq lazım gəlirdi ki, buna görə də mənim əvəzimdə meydana Branimir Subaşiç çıxdı. Əks halda hücumda nəsə yaratmaq çətin idi”.
