7 sentyabr 2011 18:35
Çempionlar Liqasında istifadə olunacaq top təqdim olundu (FOTO)
UEFA Çempionlar Liqasının yeni mövsümündə istifadə olunacaq top təqdim olunub. Azerisport.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin 2011/12 mövsümünün qrup mərhələsində “Adidas”ın istehsalı olan ''Finale 11'' adlı topdan istifadə olunacaq.
1970-ci ildən etibarən FIFA və UEFA turnirlərində rəsmi oyunlar üçün top tədarükçüsü olan “Adidas”ın yeni istehsalından 2011/12 mövsümündə həm Çempionlar Liqasının, həm də Avropa Liqasının oyunlarında istifadə olunacaq. “Finale 11” topunun bir çox üstünlüklərinin olduğu iddia edilir.
