7 sentyabr 2011 18:23
Bir futbolçu yığmamızdan kənarlaşdırıldı
Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması sentyabrın 10-dan 22-ə qədər Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçirəcək. Azerisport.az xəbər verir ki, bu toplanışa dəvət alan futbolçuların siyahısı da məlumdu.
Lakin AFFA-nın yaydığı son məlumata görə, həmin futbolçulardan biri heyətdən kənarlaşdırılıb. Belə ki, Elvin Camalov zədə səbəbindən hazırlıq prosesində iştirak edə bilməyəcək.
