7 sentyabr 2011 18:51
AFFA və UNİCEF-dən növbəti layihə (FOTOREPORTAJ)
AFFA və UNİCEF Azerbaijan arasında mövcud əməkdaşlıq çərçivəsində bu gün AFFA-nın Futbol akademiyasında 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvləri üçün “Sağlam həyat tərzi və uşaq haqları” mövzusunda treninq təşkil olunub. Azerisport.az xəbər verir ki, daha sonra AFFA-nın Futbol akademiyasının meydançasında qızlardan ibarət U-17 yığması ilə “Fidan” klubu arasında yoldaşlıq oyunu keçirilib.
