7 sentyabr 2011 11:18

Kamran Ağayev: Mən heç onları azərbaycanlı hesab etmirəm

Futbol üzrə yığma komandamızın qapıçısı Kamran Ağayev AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilən Qazaxıstanla oyundan (3:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyunla bağlı fikirlərini bilmək istərdik...
- Hələ Belçika və Qazaxıstanla oyunlardan öncə uşaqlarla söhbətimizdə ancaq nəticəyə oynayacağımıza söz vermişdik. Ola bilsin ki, sərgilədiyimiz oyun baxımlı alınmadı. Amma hər halda istədiyimiz nəticəni qazana bildik. Bir də ona çox şadam ki, azarkeşlər son dəqiqələrdə istefa tələb etmədilər.
 
- Bu, futbolçulara çoxmu təsir edir?
- Əlbəttə. Hələ oyun gedir, heç nə itirilməyib, azarkeşlər isə elə birinci hissədən baş məşqçini istefaya səsləyirlər. Bu qələbəni bizə azarkeşlik edənlərə həsr edirəm. Kimlər ki, kənar fikirlərlə stadiona gəlmişdilər, mən heç onları azərbaycanlı hesab etmirəm. Biz öz vətənimiz, ölkəmiz üçün oynayırıq, başqaları üçün yox.
 
- İlk dəfə qazandığımız 7 xalla bağlı nə deyərdiniz?
- Azərbaycan futboluna böyük pullar yatırılır. Əlbəttə, artıq nəticə də tələb olunmağa başlayıb. Bu, tam normaldı. Amma əldə etdiyimiz uğurlu nəticəyə baxmayaraq, seçmə mərhələni 7 xalla bitirməyimizi istəmirik. Qarşıda Avstriya ilə də ev oyunumuz var. Onları da məğlub etmək, ən azı xal almaq olar.
 
- Bəs Türkiyə ilə oyun?
- Çoxları düşünə bilər ki, biz ora elə-belə gedəcəyik. Amma hər şey başqa cür olacaq. Hətta İstambulda da yaxşı nəticəyə ümid edəcəyik. Bu tsikl də göstərdi ki, biz çox şeyə qadirik.

- Qazaxıstanla oyundan öncə deyilirdi ki, qələbə müqabilində futbolçularımıza rekord məbləğdə mükafat veriləcək. AFFA prezidenti oyundan sonra sizə nə dedi?
- Rövnəq Abdullayev bizi təbrik etdi. Mükafata gəlincə, onun rekord məbləğdə olub-olmamasının heç bir önəmi yoxdu. Biz öz vətənimiz üçün oynadıq.

- Yeri gəlmişkən, bu oyunda 2 qol buraxdınız. Qalibləri mühakimə etməzlər, amma yenə sizin fikirlərinizi bilmək istərdik...
- Mən həmin zərbələrin qarşısını ala bilərdim və buna borclu idim. Əgər qol vurublarsa, deməli, mənim günahımdı. Məni qapıya qoyublarsa, zərbələrin qarşısını almalıyam, topları tordan çıxarmamalıyam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.