7 sentyabr 2011 11:46
Qridin: Öz səhvlərimiz ucbatından uduzduq
Futbol üzrə Qazaxıstan yığmasının forvardı Sergey Qridin AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda millimizə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Astanada keçirilən ilk oyunda (2:1) dubla imza atan hücumçu komandasının bu dəfə 2:3 hesabıyla məğlub olmasını belə dəyərləndirib:
“Biz öz səhvlərimiz ucbatından uduzduq. Müdafiədə daha diqqətli oynamaq lazım idi. Hücum xəttində isə rəqibin hər səhvindən yararlanmalıydıq. Amma təəssüf ki, bunları həyata keçirməyi bacarmadıq”.
“Biz öz səhvlərimiz ucbatından uduzduq. Müdafiədə daha diqqətli oynamaq lazım idi. Hücum xəttində isə rəqibin hər səhvindən yararlanmalıydıq. Amma təəssüf ki, bunları həyata keçirməyi bacarmadıq”.
