8 sentyabr 2011 13:27
İbrahim Üzülməz Azərbaycana gəlir
Türkiyənin “Beşiktaş” klubunun sabiq müdafiəçisi İbrahim Üzülməz Bakıya gəlir. Azerisport.az xəbər verir ki, o, AFFA-nın təşkil etdiyi məşqçi kurslarına qatılacaq.
Belə ki, federasiyada sentyabrın 9-dan 22-nə qədər B kateqoriyalı məşqçi kursları təşkil olunacaq. İbrahim Üzülməz də məşqçiliyə başladığından məhz bu kurslara ölkəmizdə qatılmaq qərarına gəlib.
Maraq üçün bildirək ki, vaxtilə Türkiyə millisinin heyətində yığmamızla yoldaşlıq görüşündə də iştirak etmiş (2009-cu ilin iyun ayında Kayseridə keçirilən oyunda) bu müdafiəçi ötən mövsümün gedişində “Beşiktaş”ın digər müdafiəçisi İbrahim Toramanla paltardəyişmə otağında dalaşdığına görə komandadan uzaqlaşdırılmışdı. Bu üzdən futbolsuz qalan Üzülməzin hətta “Neftçi”yə də gətirilməsi gündəmə çıxmasına rəğmən, o, karyerasını başa vurmağa qərar vermişdi.
