8 sentyabr 2011 14:05
Samir Əliyev: Turanda maliyyə problemi var
“Turan”ın hücumçusu Samir Əliyev Tovuz klubunun Premyer Liqanın 5-ci turundakı “Qəbələ” ilə qarşılaşmasında oynamaqdan imtina etməsinə dair gəzən söhbətlərə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən hazırda Bakıdayam. Bəzi problemlərim olduğundan baş məşqçi Əsgər Abdullayevdən 2 günlük icazə almışam. Komandada nə baş verdiyini bilmirəm. Amma gizlətmirəm ki, komandada məlum maliyyə problemləri mövcuddu. Yaxın günlərdə hər şey həll olunmalıdı”.