8 sentyabr 2011 14:52
Əfran İsmayılov: Daha 3 xal toplaya bilərik
Futbol üzrə yığma komandamızın yarımmüdafiəçisi Əfran İsmayılov AÇ-2012-nin seçmə mərhələsinin Qazaxıstanla ev oyunundan (3:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyunu necə qiymətləndirərdiz?
- Bu oyuna çox ciddi hazırlaşmışdıq. Görüşün vacibliyini bütün komanda başa düşürdü. Hələ bu iki oyundan öncə də demişdim ki, Belçikadan 1, Qazaxıstandan 3 xal ala bilsək, bu, yaxşı nəticə olacaq. Belə də alındı. Qarşıya qoyulan vəzifənin öhdəsindən gəldik.
- Amma fasiləyə komanda məğlub yollanmışdı...
- Fasilədə də başa düşürdük ki, hələ heç nə itirilməyib. Qarşıda daha 45 dəqiqə var idi. Həmin vaxt ərzində çox şey etmək olardı ki, biz də bunu bacardıq.
- Berti Foqts fasilədə sizə nə dedi?
- Bizə çıxıb öz oyunumuzu sərgiləməyi tapşırdı. Biz də elə etdik. Hər halda gözəl qələbə alındı.
- Qazaxlar hesab arasındakı fərqi azaldanda, qələbəni əldən verəcəyinizi düşünmədiniz?
- Xeyr. Bir qədər həyəcanlandıq. 3 qol vurduqdan sonra qələbəni əldən vermək faciə olardı.
- Qazaxlarla səfərdəki oyun daha çətin alındı, ya Bakıdakı?
- Heç biri asan olmadı. Amma Astanada daha çətin oldu. Hər halda həmin görüşdə məğlub olmuşduq.
- Qazaxıstanla oyun sadəcə xal qazanmaq baxımından əhəmiyyət daşımırdı...
- Şübhəsiz ki, biz ilk növbədə revanşımızı aldıq. Astanada uduzmağımıza çox məyus olmuşduq. Ondan sonra çoxlu tənqidlərlə üzləşdik. Amma artıq indi 7 xalımız var. Bu, tarixi nəticədi. Ümid edirəm ki, bunun davamı da olar və 10, 13 və daha çox xal qazanarıq.
- Elə bu tsikldəcə 13 xal toplamaq olar?
- Düzdü, iki oyunumuz qalır və bu, mümkündü. Amma Avstriya və Türkiyə ilə oyunlarda biz daha 3 xala ümid edə bilərik (gülür).
- Düzdü, iki oyunumuz qalır və bu, mümkündü. Amma Avstriya və Türkiyə ilə oyunlarda biz daha 3 xala ümid edə bilərik (gülür).
