8 sentyabr 2011 15:45
“Azərbaycan qol vuranda hər şeyi boşa verdiyimizi düşündüm”
Futbol üzrə Belçika yığmasının yarımmüdafiəçisi Maruan Fellaini AÇ-2012-nin seçmə mərhləsinin Bakıda millimizə qarşı keçirdikləri oyunla bağlı növbəti fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə ilə başa çatan qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“1:1 hesablı nəticə bizim necə pis oynadığımızı göstərir. Amma təbii ki, oyun ərzində bizim daha çox qol vurmaq üçün xeyli imkanlarımız oldu. Azərbaycan hesabı bərabərləşdirəndə isə hər şeyi boşa verdiyimizi düşündüm. Bu nəticədən sonra təbii ki, komandada müəəyyən məyusluq hökm sürməkdədi. Amma futbolçular arasında münasibətlərdə qətiyyən dəyişiklik yoxdu”.