8 sentyabr 2011 16:00

Bakının bazasının açılışı oldu

Bu gün - sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı” futbol klubunun yeni təlim-məşq bazasının istifadəyə verilməsi mərasimində iştirak edib. Azerisport.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevə məlumat verib ki, Azərbaycanda idmanın inkişafına diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridi.
 
Mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi edən Azərbaycanda nəhəng idman infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılır. Son illərdə ölkədə futbolun inkişafı ilə bağlı görülən işlər də təqdirəlayiqdi. 2011-ci ildə Azərbaycan futbolunun 100 illik yubiley tədbirlərinin ən möhtəşəmi Bakıda Olimpiya Stadionunun təməlinin qoyulması olmuşdur. Bunun ardınca paytaxtda daha bir mühüm futbol kompleksinin - “Bakı” futbol klubunun təlim-məşq bazasının tikilməsi idmanın bu növünün inkişafı istiqamətində atılan vacib addımlardan biridi.
 
Bildirildi ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın məqsədi də ölkəmizdə idmanın bu növünün sürətli inkişafına, o cümlədən respublikamızın beynəlxalq çempionatlarda yüksək səviyyədə təmsil edilməsinə nail olmaqdı. Təlim-məşq bazası ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, 5 hektara yaxın ərazidə inşa olunmuş kompleksə 5 stadion daxildi. Onlardan üçü təbii, ikisi süni örtüklüdü. Süni örtüklü stadionun biri açıq, digəri isə qapalıdı.
 
Süni örtüklü stadionda yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, bu, regionda ən böyük qapalı futbol meydançasıdı. Uzunluğu 75, eni 45 metr olan meydançanın ümumi sahəsi 3375 kvadratmetrdi. Ən son texnologiyalar əsasında qurulan stadionun arakəsmə və üst qatında istifadə olunan materiallar odadavamlıdı. Avro-2 standartına uyğun süni örtük döşənən meydançanın tavanı İtaliyanın dünyada bu sahədə ixtisaslaşan nüfuzlu “Plasteco Milano” şirkəti tərəfindən hazırlanıb. Kompleksdə dünya standartları səviyyəsində yaradılan infrastruktur futbolun inkişafı, futbolçuların peşəkarlığının artırılmasında mühüm rol oynayacaq, yarışların keçirilməsinə imkan verəcək.
 
Sonra dövlətimizin başçısı təlim-məşq bazasının mətbuat mərkəzində yaradılan şəraitlə tanış oldu. Mərkəzdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkə idmanının inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotolar nümayiş olunur. Burada mətbuat işçilərinin fəaliyyəti üçün nəzərdə tutulan 100 nəfərlik zalda hər cür şərait yaradılıb. Mərkəz tam avtomatlaşdırılıb, texniki təchizat yüksək səviyyədə təmin edilib. “Bakı” futbol klubunun müxtəlif vaxtlarda qazandığı uğurları əks etdirən kubok və medallar da mərkəzə gələn qonaqlara nümayiş etdirilir.
 
Bildirildi ki, Azərbaycanda uşaq futbolunun inkişafı diqqət mərkəzindədi. “Bakı” futbol klubunun da məqsədi ölkədə idmanın bu növü üzrə milli kadrların yetişməsinə nail olmaqdı. Bunun üçün seçmə üsulu ilə “Bakı” futbol klubuna cəlb olunmuş 8 yaşından 18 yaşına qədər uşaq və gənclər kompleksdə yaşayır və məşq edirlər. Uşaqlara və gənclərə futbolun sirlərini yerli kadrlarla yanaşı, Türkiyə və Bolqarıstandan dəvət olunmuş mütəxəssislər öyrədirlər. Qeyd olundu ki, bu gün “Bakı” futbol klubu bütün yaş qrupları üzrə daxili çempionatlarda uğurla təmsil olunur. Hətta kompleksin ərazisində çimərlik futbolunun inkişafı da diqqətdən kənarda qalmayıb, burada qum örtüklü meydança yaradılıb.
 
Prezident İlham Əliyev kompleksdə gənc futbolçuların yaşayış şəraiti ilə də tanış oldu. Məlumat verildi ki, kompleksdə klubun Futbol Akademiyası da fəaliyyət göstərir. Burada bütün yaş qrupları üzrə məşqlərə cəlb edilən uşaqların yaşayış yerləri, təlim-məşq zalları yaradılıb, onların idmanla məşğul olmaları üçün bütün zəruri avadanlıq quraşdırılıb. Gün ərzində həkim-mütəxəssislər gənc futbolçuların mənəvi-psoxoloji hazırlığı ilə məşğul olurlar.
 
İnzibati mərkəzin də yerləşdiyi akademiya binasında konfrans zalı, yeməkxana, soyunub-geyinmə otaqları, yüksək səviyyəli qonaqlar üçün oyunları müşahidə zalı yaradılıb. Bildirildi ki, hazırda akademiyada 400 uşaq və yeniyetmə futbolun sirlərinə yiyələnir. Gələcəkdə bu rəqəmin artırılması nəzərdə tutulur. Ölkədə yeni nəsil futbolçuların yetişməsini qarşıya məqsəd qoyan “Bakı” futbol klubu son 7 ildə iki dəfə Azərbaycan çempionu olub, iki dəfə isə ölkə kubokunu qazanıb. “Bakı” Avropa Liqasının pley-off mərhələsinə yüksələn iki Azərbaycan klubundan biridi.
 
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev “Bakı” futbol klubunun üzvləri və məşqçilərlə görüşüb. Dövlətimizin başçısına “Bakı” futbol klubunun xatirə hədiyyəsi təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.