8 sentyabr 2011 18:01
İlham Əliyev: Bütün klublarımıza azarkeşlik edirəm
Azərbaycan prezidenti İlham Əliyev bu gün iştirak etdiyi “Bakı” futbol klubunun təlim-məşq bazasının açılış mərasimində görülən işlərlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, dövlət başçısı burda görülən işlərdən razılığını dilə gətirib:
“Bakı”nın bu təşəbbüsü mənim ürəyimcə oldu. Çox gözəl baza inşa olunub. Arzu edirəm ki, bütün klublarımız belə kompleksə malik olsunlar.
“Bakı”nın bu təşəbbüsü mənim ürəyimcə oldu. Çox gözəl baza inşa olunub. Arzu edirəm ki, bütün klublarımız belə kompleksə malik olsunlar.
Mən bütün klublarımıza azarkeşlik edirəm. Çox istərdim ki, onlar avrokuboklarda da uğurlu çıxış etsinlər”.
