8 sentyabr 2011 18:05

Böyükağa Hacıyev: Çempion Neftçi olacaq

Bu həftəsonu Premyer Liqada 5-ci turun oyunları baş tutacaq. “Azerisport.az xəbər verir ki, Xəzər Lənkəran” son çempion “Neftçi”ni qonaq edəcək. Şənbə günü keçiriləcək oyun barədə “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikin iddialı fikirlərini təqdim etmişdik. Oxucular üçün maraqlı olacağını nəzərə alıb “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin növbəti qarşılaşma və Mirça Rednikin açıqlamaları ilə bağlı fikirlərini təqdim edirik.
 
- “Xəzər Lənkəran”la oyunöncəsi vəziyyət necədi?
- Əsas heyətin 9 oyunçusu öz ölkələrinin milli komandalarına dəvət olunmuşdu. Bu futbolçularla 10 gündür görüşmürəm. Ancaq çalışmışıq ki, digər futbolçularla yaranmış fasilədən səmərəli istifadə edək. Mən xüsusi ilə qeyd etmək istəyirəm ki, “Xəzər Lənkəran”la qarşılaşma bizim üçün adi çempionat oyunlarından biridir. Bu oyun ətrafında ajiotaj yaratmaq fikrində deyiləm. Qoy kim güclüdürsə, o qalib gəlsin.
 
- “Neftçi”nin heyətində itkilər varmı?
- Ciddi itkilərimiz yoxdu. Əksinə, İqor Mitreskinin zədəsi artıq sağalıb və “Xəzər Lənkəran”a qarşı oyunda meydana çıxacaq. Bir ara zədələnən Rəşad Abdullayev də növbəti qarşılaşmada oynayacaq. Ola bilsin ki, taktiki baxımdan müəyyən dəyişikliklər edək. Çalışacağıq ki, elə bir taktiki variant seçək ki, lənkəranlılar bu taktikanın üstündə baş sındırsınlar.
 
- Ötən tur AZAL-a məğlub oldunuz. Bu oyundan sonra komandada əhval-ruhiyyə necədi?
- “Neftçi”də elə bir prezident var ki, istənilən vaxt komandanın əhval-ruhiyyəsini yüksəldə bilər. Baxmayaraq ki, AZAL-a məğlub olduq, ancaq Sadıq müəllimin çox böyük dəstəyini hiss edirik. Prezident komandaya dəstək verirsə, deməli, o, bizə inanır və biz də çalışırıq ki, onun etimadını doğruldaq.
 
- Fəriq Quliyevin vəziyyəti nə yerdədir? Gələcək oyunlarda komandaya kömək edəcəkmi?
- Fəriq Quliyev məşqlərdə iştirak edir. Düzdür, o, əvvəlki formasından uzaqdır, lakin yaxın zamanlarda azarkeşlər onu da meydanlarda görəcək.
 
- “Xəzər Lənkəran”ın heyətində çəkindiyiniz futbolçu varmı?
- Subaşiçin “Xəzər Lənkəran”ın heyətində yeni olmasına baxmayaraq, çox gözəl oyun nümayiş etdirir. Hiss olunur ki, Subaşiç əvvəlki formasını bərpa etmək istəyir. “Xəzər Lənkəran”ın heyətində yarımmüdafiəçi Adrian Pit də çox xoşuma gəlir. Bu komandanın heyətində kifayət qədər səviyyəli futbolçu var. Ancaq “Neftçi”nin də heyəti güclü futbolçulardan ibarətdir. Çalışacağıq ki, Lənkəranda azarkeşlərə məzmunlu oyun nümayiş etdirək.
 
- Mirça Rednik öz müsahibəsində bildirib ki, “Xəzər Lənkəran” azarkeşləri bu oyuna çox böyük önəm verirlər. Hətta onlar razıdırlar ki, çempion olmayaq, ancaq “Neftçi”ni udaq. Bu barədə nə deyə bilərsiniz?
- Allah ağızlarından eşitsin. Bir məsələni unutmaq lazım deyil ki, bir çempion olmalıdı. Aydın məsələdi ki, çempion “Neftçi” olacaq. Mən bu oyunu çox şişirdib futbolçularımı psixoloji təzyiq altında qoymaq istəmirəm. Ümid edirəm ki, sonda sevinən tərəf “Neftçi” olacaq.
 
- “Neftçi” və “Xəzər Lənkəran” 22-ci dəfə qarşılaşcaq. 10 oyundur ki, “Neftçi” “Xəzər Lənkəran”ı məğlub edə bilmir. Növbəti oyunda bu seriyanın dəyişməsi nə qədər realdır? Lənkərandan bir xalla dönmək sizin üçün qənaətbəxş hesab oluna bilərmi?
- Bu seriyanı dayandırmağa çalışacağıq. Ancaq futbolda hər şey ola bilər. Əsas odur ki, biz üç xal ardınca Lənkərana gedirik. Əgər bu gün komanda səfərdə 50 faiz, ev oyunlarında isə 100 faizlik nəticə göstərirsə, deməli bu komanda ən azı ilk üçlükdə öz yerini tutub. Biz heç-heçəyə oynamayacağıq. Fikir verirsinizsə, son vaxtlar “Neftçi” tamam fərqli oyun nümayiş etdirir - hücum futbolu oynayır. Bizim əsas devizimiz belədir - ən yaxşı müdafiə hücumdur.
 
- “Xəzər Lənkəran” “Neftçi” qarşılaşmalarına maraq olduqca böyükdür. Mirça Rednik də bu oyuna xüsusi hazırlaşdıqlarını bildirib. Ancaq siz bildirirsiniz ki, bu oyun sizin üçün adi oyundur. Siz bu cür açıqlama ilə özünüzü sığortalayırsız?
- Mən çox istərdim öyrənim ki, Mirça Rednik xüsusi hazırlıq deyəndə nəyi nəzərdə tutur? Futbolçular eninə qaçırlar, ya dal-dala qaçırlar? Mən bu oyun ətrafında, xüsusilə məşqçilərin ajiotaj yaratmasının tərəfdarı deyiləm. Heç vaxt öz oyunçuma demərəm ki, hər hansı komandaya qarşı fərqli hazırlaş. Biz bütün oyunlara hazırlaşırıq. Mənə elə gəlir ki, xüsusi hazırlıq yoxdur. Biz “Rəvan”a, “Sumqayıt Şəhər”ə, AZAL-a qarşı necə hazırlaşırdıqsa, “Xəzər Lənkəran”la oyuna da həmin qaydada hazırlaşırıq”. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.