8 sentyabr 2011 18:12
Neftçi sabah Fırtınalar meydanında məşqə çıxacaq
"Neftçi" "Xəzər Lənkəran"la oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda üzvləri bu gün klubun bazasında məşq keçiblər.
“Flaqman” sabah səhər saatlarında Lənkəran şəhərinə yola düşəcək. Komandanın saat 20:00-dan etibarən matçın keçiriləcəyi Lənkəran şəhər mərkəzi stadionunda məşqi nəzərdə tutulub.
Xatırladaq ki, sentyabrın 10-da baş tutacaq "Xəzər Lənkəran" - "Neftçi" qarşılaşması saat 20:00-da başlayacaq.
