8 sentyabr 2011 18:54
Qarabağ Sumqayıt Şəhərlə sülhə razılaşdı
Yeni mövsümün hazırlığını davam etdirən “Sumqayıt Şəhər” klubunun 15 yaşadək futbolçulardan ibarət komandası “Qarabağ”lı həmyaşıdları ilə yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Kompleksinin meydançasında baş tutan oyun 1:1 hesabı ilə başa çatıb.
Sumqayıt təmsilçisinin yeganə qolunun müəllifi Rəhman Məmmədov olub.
