8 sentyabr 2011 11:22

Mircavadov: Neftçi Lənkəranda uduzsa, işini daha da çətinləşdirəcək

“Xəzər Lənkəran” və “Neftçi”nin sabiq baş məşqçisi Ağasəlim Mircavadov bu komandalar arasında həftəsonu keçiriləcək Premyer Liqa oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- “Xəzər Lənkəran”la “Neftçi”nin duelləri hələ də “Böyük oyun”du?
- Bilirsiz, mən daha çox ona əminəm ki, bu oyunla bağlı əsas rolu KİV oynayır. Amma istəməzdim ki, siz bütün diqqəti ancaq “Xəzər Lənkəran”la “Neftçi”nin oyunlarına yönəldəsiz. Bizim digər səs-küylü cütlərimiz də var. Məsələn, “Qarabağ” – “Bakı”, “Xəzər Lənkəran” – “Qarabağ”, “İnter” – “Bakı”. Qarşıdakı oyunu o mənada “Böyük oyun” adlandırmaq olar ki, qarşılaşma Lənkəranda böyük azarkeş kütləsi önündə baş tutacaq. Nə qədər ki onlar var, bu görüşlər “Böyük oyun” olacaq.

- Proqnozunuzu bilmək istərdik...
- Mən açıq futbol və çoxlu qol gözləyirəm. Dəqiq hesab deyə bilmərəm. Amma çox şey Lənkəran stadionunun ot örtüyünün hazırkı durumundan asılı olacaq. Əgər onu qaydasına salsalar, bundan hər iki tərəf xeyir görər.

- Yığma oyunçularının yorğunluğunun hansısa təsiri mümkündü?
- Bunun nəyəsə təsir edəcəyini düşünmürəm. Artıq belə sıx qrafiklə, tez-tez oynamağa alışmaq lazımdı. Həm də bu oyun öncəsi əlavə motivasiyaya da ehtiyac yoxdu. Çünki bir-birinin əsas rəqibləridilər.

- Bu oyunu Mirça Redniklə Böyükağa Hacıyevin dueli saymaq olar?
- Baş məşqçilərin dueli barədə düşünmək istəmirəm. Bu görüş iki güclü komandanın qarşılaşmasıdı. Mən “Neftçi”nin baş məşqçisi olanda “Xəzər Lənkəran”dakı həmkarım Rasim Karaya hörmətlə yanaşırdım. Lənkəranda çalışanda da “Neftçi” rəhbərliyi ilə yaxşı münasibətlərim var idi. Qoy bu duel sadəcə meydanda olsun.

- Son turda “Neftçi”nin uduzması, “Xəzər Lənkəran”ın xal itirməsinin nə dərəcədə təsiri mümkündü?
- “Xəzər Lənkəran” hazırda çempionatın lideridi. “Neftçi” uduzsa, turnir cədvəlindəki vəziyyətini daha da çətinləşdirəcək. Aydın məsələdi ki, çempion olmaq istəyən komanda mümkün qədər üst pillələrə qalxmalıdı.
 
- Sizcə, “Neftçi” “Xəzər Lənkəran”la oyunda nəsə edə biləcək?
- Bu, paytaxt klubunun yeni mövsümdə ilk belə çətin sınağı olacaq. Özü də AZAL-a məğlubiyyətdən sonra. Fikrimcə, Hacıyev heyətdə bəzi dəyişikliklər edəcək. “Xəzər Lənkəran”da isə hələlik aparıcı lider yoxdu. Hələ heyət tam formalaşmayıb. Amma buna baxmayaraq, onlar xal toplamağı bacarırlar. Amma kimisə bu görüşün favoriti adlandıra bilmərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.