9 sentyabr 2011 00:25
Xəzər Lənkəranda yeni həkim (FOTO)
“Xəzər Lənkəran” rəhbərliyi komandaya yeni həkim gətirib. Azerisport.az xəbər verir ki, o, artıq cənub təmsilçisindək işinə başlayıb.
Belə ki, “ağ-yaşıllar”ın ötən axşam baş tutan son məşqi zamanı yeni bir sima diqqətləri çəkib. Onun komandanın yeni həkimi olduğu bildirilir. Bolqarıstanlı həkimin kimliyi isə hələlik açıqlanmır.
Qeyd edək ki, “Xəzər Lənkəran” Avropa Liqasındakı uğursuz çıxışdan sonra islahatlara başlarkən, komandanın rumıniyalı həkimi Yuri Çeptene də ayrılaraq vətəninə qayıtmağa qərar vermişdi. Onun gedişindən bəri cənub klubunda həmin vəzifə boş qalmışdı.
