9 sentyabr 2011 00:01
XL Neftçi ilə oyuna tam heyətlə hazırlaşa bilmir
“Neftçi” ilə “Böyük oyun”a hazırlaşan “Xəzər Lənkəran” ötən gün “Fırtınalar meydanı”nın yardımçı meydançasında axşam məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, Antonio Semedo zədə üzündən komandayla birgə məşq edə bilməyib.
Əvəzində Mario Rosas artıq komanda yoldaşları ilə birgə hazırlıqlara başlayıb. Branamir Subaşiç isə səhhətindəki problem üzündən məşqə qatılmayıb. Əvvəlcə serbiyalı futbolçunun zəhərlənməsi haqda xəbər yayılmışdı. Daha sonra isə məlum oldu ki, futbolçu sadəcə qan təzyiqinin yüksək olması səbəbindən həkimə müraciət edibmiş və onun bu gün komandayla birgə olacağı gözlənilir. Rahid Əmirquliyev fiziki hazırlıq üzrə məşqçi Ciovanni Melkiorrenin tapşırıqlarına əsasən fərdi məşqlə kifayətlənib.
