9 sentyabr 2011 00:48

Vaqif Cavadovsuz Volqa qələbə qazandı

Futbol üzrə yığma komandamızın hücumçusu Vaqif Cavadovun şərəfini qoruduğu Rusiyanın “Volqa” klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Nijni Novqodor klubu yaranan fasilədən istifadə edərək, əvəzedici heyətini sınağa çəkib.
 
Hər biri 35 dəqiqədən ibarət iki hissənin oynanıldığı qarşılaşma əsas komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 14-cü dəqiqədə Maksimov açsa da, 31-ci dəqiqədə Xocava əvəzediciləri sevindirib. Lakin Samoxvalov 56-cı dəqiqədə daha bir qol vuraraq əsas komandanın qələbəsini təmin edib.
 
Baş məşqçi Dmitri Çerışev bu oyunda millimizin hücumçusuna şans verməyib. Görünür, yığmanın düşərgəsindən yorğun qayıdan Cavadova istirahət verilib. Əvəzində 19 yaşlılardan ibarət yığmamızın müdafiəçisi Şamil Qurbanov əvəzedicilərin heyətində start heyətində meydana çıxıb. O, 58-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Volqa” bu həftəsonu səfərdə millimizin sabiq baş məşqçisi Vaqif Sadıqovun çalışdığı “Anji”nin qonağı olacaq. Özü də baş məşqçi Hacı Hacıyev cəzalı olduğundan, həmin oyuna komandanı məhz Sadıqov çıxaracaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.