8 sentyabr 2011 11:46
Qazaxlar Bakıdakı oyunun ən yaxşı oyunçusunu müəyyənləşdirdi
Qazaxıstan mətbuatı AÇ-2012-nin seçmə mərhələsinin Azərbaycanla oyununda ən yaxşı futbolçularını müəyyənləşdiriblər. Azerisport.az xəbər verir ki, onlar bu mənada qapımıza vurulan ilk qolun müəllifi Sergey Ostapenkonu fərqləndiriblər.
Həmin gün həqiqətən ən fəallardan olan Ostapenko qazax həmkarlarımızdan 7.0 bal alıb. Qazaxıstan mətbuatı həmçinin komandanın ən zəif oyunçularının da adını açıqlayıb. Belə ki, 5.0 xala layiq görülən qapıçı Aleksandr Mokin, müdafiəçi Mark Qurman və yarımmüdafiəçi Jambıl Kukeyev məğlubiyyətdə əsas günahkarlar sayılır.
Qeyd edək ki, Azərbaycan – Qazaxıstan oyunu 3:2 hesabıyla millimizin xeyrinə bitmişdi.
