8 sentyabr 2011 00:07
Amit Quluzadənin komanda yoldaşı narkotik maddə ilə yaxalandı
Futbol üzrə Türkiyənin Bank Asya birinci liqa komandalarından “Kayseri Erciyesspor”un uqandalı futbolçusu Hassan Mavanda Vassa narkotik maddə ilə yaxalanıb. Azerisport.az xəbər verir ki, o, Atatürk hava limanında təhlükəsizlik xidmətinin işçiləri tərəfindən saxlanılıb.
Belə ki, ötən gün Kayseriyə gütmək üçün Atatürk hava limanına gələn futbolçunu yoxlayarkən təhlükəsizlik xidmətinin işçiləri onun sol ayağındakı corabında şişkinlik aşkarlayıblar. Onların axtarışlarının davamında Vassanın corabının içərisində 5.5 qram narkotik maddə gizlətdiyi müəyyənləşib. Dərhal həbs olunan futbolçu ilkin soruşdurma zamanı narkotik maddədən özünün istifadə etdiyini etiraf edib.
Qeyd edək ki, “Kayseri Erciyesspor”da bu yaydan etibarən “Neftçi”nin yetirməsi Amit Quluzadə də çıxış edir.
