8 sentyabr 2011 00:37
Rəşad Sadıqovdan qrupda 4-cü yer iddiası
Futbol üzrə yığma komandamızın kapitanı Rəşad Sadıqov Belçika (1:1) və Qazaxıstan ilə oyunlardan (3:2) sonra yarana biləcək eyforiyadan, eləcə də tsiklin qarşıdakı oyunlarından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bizə tezliklə son uğurlarımızı unutmaq lazımdı. İndi daha çox çempionatın qalan oyunlarına hazırlaşmalıyıq. Məsələn, “Qarabağ”ın futbolçularını “Sumqayıt Şəhər”lə çətin oyun gözləyir. Bu, tamamilə fərqli rəqibdi. Hansı ki, az çətinli yaratmayacaqlar.

Millinin oyunlarına gəlincə, bizi Avstriya ilə çox maraqlı oyun gözləyir. Həmin görüşdə 4-cü yer uğrunda mübarizə gedəcək. Bizim bu rəqibi məğlub etmək şansımız var. Bununla xal ehtiyatımızı yaxşılaşdırmaqla yanaşı həm də tarixdə ən yüksək nəticəmizə imza atmış olacağıq”.