8 sentyabr 2011 12:44
AZAL-ın futbolçusu zəhərləndi
AZAL-ın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov komandanın həftəsonu “Kəpəz”lə keçirəcəyi oyun haqqında fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, PFL-in rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Aqil Nəbiyev, Robert Petrov və Ervin Bulku milli komandalardan zədəli dönüblər. Georgi Boqyu isə zəhərlənib və bir neçə gündü məşqlərdə iştirak etmir. Yəqin ki, “Kəpəz”ə qarşı oyunda o, meydana çıxmayacaq. Bununla belə komandada yüksək əhval-ruhiyyə hökm sürür. Sentyabrın 1-dən məşqlərə başlamışıq. Sentyabrın 6-da birinci divizionda çıxış edən “Şuşa” komandası ilə yoldaşlıq oyununda 7:1 hesabı ilə qalib gəldik. Futbolçular milli komandalardan qayıdıblar. Bu gün komanda tam heyətlə məşqlərə başlayacaq”.
