9 sentyabr 2011 13:14
UEFA Anar Salmanova yeni təyinat göndərdi
FİFA referisi Anar Salmanov yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 8-13 noyabr aralığında İsraildə keçiriləcək 5-ci qrupunun oyunlarına təyinat alan referilərdən biri də Anar Salmanovdu.
Referi köməkçisi Mübariz Haşımov da bu qrupun oyunlarında meydana çıxacaq. Qeyd edək ki, sözügedən qrupda Serbiya, Çexiya, Litva və İsrail yığmaları mübarizə aparacaq.
