9 sentyabr 2011 13:28
“Heç bir komanda ilə düşmənçiliyimiz yoxdur”
“Xəzər Lənkəran”ın fan klubunun rəhbəri Samir Qasımov həftəsonu baş tutacaq “Xəzər Lənkəran” - “Neftçi” qarşılaşması barədə fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, PFL-in rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Bu oyun bizim üçün adi bir oyundu. Digər komandalarla oyunlardakı kimi stadiona gedib komandamızı dəstəkləyəcəyik. Bizim üçün adi bir qarşılaşma olduğundan heç bir xüsusi hazırlıq da görməmişik. Biz komandamızdan həmişə qələbə gözləmişik, bu oyunda da, təbii ki, qələbə gözləyirik. Ümid edirik ki, gözəl oyun alınar. “Xəzər Lənkəran”ın bu mövsüm nümayiş etdirdiyi oyundan razıyıq. Bütün oyunlarda komandamızı dəstəkləyəcəyik. Bizim heç bir komanda ilə düşmənçiliyimiz yoxdu. “Neftçi” ilə qarşılaşmadan da qalib ayrılacağımıza inanıram”.
