9 sentyabr 2011 13:33
XL-dan Böyük oyun öncəsi qadağa
Sabah Premyer Liqanın 5-ci turu çərçivəsində “Xəzər Lənkəran” doğma meydanda “Neftçi”ni qəbul edəcək. Azerisport.az xəbər verir ki, cənub klubunun rəhbərliyi bu qarşılaşma öncəsi futbolçularına qadağa qoyub.
Belə ki, “ağ-yaşıllı” oyunçuların mətbuatla ünsiyyətə girməsinə icazə verilmir. Rəhbərlik bununla futbolçuların əzəli rəqiblə oyuna daha yaxşı köklənməsinə nail olmaq istəyir.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” oyunu sabah Lənkəran şəhər stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
