9 sentyabr 2011 14:21
Elxan Abdullayev: Aqil Nəbiyev uzun müddətə sıradan çıxıb
AZAL-ın kapitanı Aqil Nəbiyev uzun müddətə sıradan çıxıb. Bu haqda azerisport.az saytına müsahibəsində “təyyarəçilər”in baş məşqçisi Elxan Abdullayev məlumat verib:
“Aqilin zədəsi çox ciddi. O, dabanını zədələyib. Artıq Nəbiyevin çempionatın “Kəpəz”lə oyununda forma geyməyəcəyi dəqiqdi. Amma onun zədəsi ağırdı və belə görünür ki, hələ daha bir neçə oyunda iştirak edə bilməyəcək. Onun konrker yaşıl meydanlara nə vaxt dönəcəyi isə bilinmir. Hər şey onun bərpa prosesindən asılı olacaq”.