9 sentyabr 2011 15:02
“2012-ci ildə bizi çox böyük idman hadisəsi gözləyir”
Bu gün Gənclər və İdman Nazirliyinin binasında nazir Azad Rəhimovun mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, Digər idman növləri ilə yanaşı futbol haqda da danışan Azad Rəhimov 2012-ci ildə Azərbaycanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatı ilə bağlı fikirlərini bildirib:
“2012-ci ildə bizi çox böyük idman hadisəsi – FİFA U-17 qadınlararası dünya çempionatı gözləyir. Qeyd edim ki, bu, Qafqazda keçirilən futbol üzrə ilk dünya çempionatı olacaq. FİFA U-17 qadınlararası dünya çempionatı 2012-nin Yerli Təşkilat Komitəsinə AFFA-nın baş katibi Elxan Məmmədov rəhbərlik edir. Bu, təşkilati işləri ilə təkcə AFFA-nın deyil, Gənclər və İdman Nazirliyinin də məşğul olduğu böyük turnirdir. Dünya çempionatı idə bağlı bütün məsələləri birgə həll edəcəyik”.
