9 sentyabr 2011 15:23
Qarabağ SŞ-lə oyuna Qurbanov və 2 oyunçusunun yoxluğunda hazırlaşır
“Qarabağ” Premyer Liqanın 5-ci turunda qarşılaşacağı “Sumqayıt Şəhər”lə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda bu gündən tam heyətlə hazırlaşacaq.
Azərbaycan millisindəki futbolçularla yanaşı, albaniyalı legionerlər də yığmalardan qayıdıblar. Millidə az oynayanların fərdi çalışdığı hazırlıq prosesinin ardından bu gün komanda sadəcə zədəli Zaur Həşimov və Emin İmaməliyevsiz çalışacaq. Komandanın baş məşqçisi Qurban Qurbanovun Dortmundda olması səbəbindən komandaya məşqçi Elçin Rəhmanov nəzarət edir. Bu günə komandanın tək məşqi 17:30-a Suraxanı qəsəbə stadionunda nəzərdə tutulub.
Xatırladaq ki, “Sumqayıt Şəhər” – “Qarabağ” oyunu sentyabrın 11-də, saat 17:00-da keçiriləcək.
