9 sentyabr 2011 16:15
Toni Adams Turanla oyun öncəsi ehtiyatlı danışdı
“Qəbələ”nin baş məşqçisi Toni Adams Premyer Liqanın 5-ci turunun “Turan”la qarşıdan gələn oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən “Turan”ın iki oyununa baxmışam. Bunlar “Xəzər Lənkəran” və “Simurq”la qarşılaşmalardı. Çox yaxşı komandadı. Tovuzluların hesabında artıq 6 xal var. Odu ki, onların “Qəbələ” ilə oyuna da yaxşı əhval-ruhiyyədə çıxacaqlarını düşünürəm. Bizi çətin oyun gözləyir. Dözümlü olmaq lazımdı. Əgər oyunda diqtə edən tərəf olsaq, qələbə bizim olacaq. Əgər rəqib topa nəzarət edən tərəf olsa, onda bizim bütün günümüzü korlamış olacaqlar”.
