9 sentyabr 2011 16:00
Millimizin Serbiya və Portuqaliya ilə oyunlarının tarixi müəyyənləşdi
Xəbər verdiyimiz kimi, bu gün Xorvatiyanın Zaqreb şəhərində futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, millimiz D qrupunda Portuqaliya və Serbiya yığmaları ilə mübarizə aparacaq.
Artıq millimizin oyunlarının keçiriləcəyi günlər də dəqiqləşib. Həmin oyunların tarixi ilə sizi də tanış edirik:
1 fevral 2012-ci il
Portuqaliya – Azərbaycan
3 fevral 2012-ci il
Azərbaycan – Serbiya
Millimizin hər iki oyunu Zaqreb şəhərində keçiriləcək.
