9 sentyabr 2011 16:30

“Hələ öncədən də düşünürdüm ki, çıxsam, dərhal vuracam”

Futbol üzrə Qazaxıstan yığmasının yarımmüdafiəçisi Vitali Yevstiqneyev AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycana qarşı keçirdikləri oyunla bağlı danışıb. Azerisport.az xəbər verir ki, o, 2:3 hesabıyla uduzduqları qarşılaşma ilə bağlı Qazaxıstan mətbuatına müsahibəsində bunları dilə gətirib:

“Baş məşqçi Miroslav Beranek mənə əbəs yerə xəbərdarlıq etməmişdi ki, oynayacaqsan. Hələ Azərbaycanla oyunun iştirak ərizəsinə salınanda sevinmişdim və ümid edirdim ki, meydana çıxacam. Türkiyə ilə oyunda isə heç 18-liyə də salınmamışdım. Baş məşqçimiz oyunun gedişində də mənə xəbərdarlıq etdi ki, isinmə hərəkətlərinə başlayıb. Matçın sonlarında isə məni Rojkovun əvəzində meydana buraxdı. Çünki o, zədələndiyindən oyuna davam edə bilməyəcəkdi. Belədə, Kayrat Nurdauletov müdafiəyə çəkildiyindən, mən də onun yerinə çıxış etməyə başladım”.
 
25 yaşlı xavbek vurduğu qoldan da xüsusi olaraq bəhs edib: “Mən hələ ehtiyatda olarkən oturub düşünürdüm ki, meydana çıxsam, şans düşsə, dərhal vuracam. Yağışlı havaydı, meydanın vəziyyəti yaxşı deyildi... Bir sözlə hər şey mümkün idi. Sergey Qridindən xahiş etdim ki, topu buraxsın, mən vurum. Nəticədə komandamıza qol qazandırdım. Uşaqlar hamısı məni təbrik edirlər. Deyirlər ki, topa ilk toxunuşundaca qol vurdun, əhsən! Özü də klubda yox, yığmada”.
 
Qazaxıstan yığmasındakı debüt matçını millimizə qarşı keçirən futbolçu gələcəkdə də yığmaya çağırılmağı arzulayır: “Amma nəyin necə olacağını heç özüm də bilmirəm. Hər halda bu məsələdə əsas söz sahibi baş məşqçidi”.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.