9 sentyabr 2011 17:20
Bakının bazası neçəyə başa gəlib?
"Bakı" futbol klubunun dünən istifadəyə verilən təlim-məşq bazasının qiyməti açıqlanıb. Azerisport.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Zeynal Məmmədov açıqlama verib.
Bu gün keçirilən mətbuat konfransında çıxış edən Məmmədov klubun yeni bazasının 10-15 milyon dollara başa gəldiyini bildirib.
Qeyd edək ki, “Bakı”nın bazasından artıq xeyli müddətdi istifadə olunsa da, rəsmi açılış mərasimi dünən baş tutdu və bu mərasimdə prezident İlham Əliyev də iştirak etdi.
