9 sentyabr 2011 17:31
Starkov noyabrda baş məşqçi postundan ayrılacaq
"Bakı"nın vitse-prezidenti Zeynal Məmmədov bu gün keçirilən mətbuat konfransında baş məşqçi Aleksandr Starkovun komandadakı gələcək taleyi ilə bağlı suallara da cavab verib. Azerisport.az xəbər verir ki, o, latviyalı mütəxəssislə yollarını ayrımaq fikrində olmadıqlarını vurğulayıb:
“Bizim Starkovla yollarımızı ayırmaq fikrimiz yoxdu. Onun həm Latviya millisində, həm "Bakı"da işləməsi işinə problem yaratmır. Starkovun Latviya milli komandası ilə müqaviləsi AÇ-2012-nin seçmə mərhələsinin sonunda - noyabr ayında başa çatacaq. Həmin vaxtdan etibarən isə Strakov yalnız "Bakı"da işləyəcək. Heç bir komandaya getməyəcək. Çünki onunla razılaşmamız belə olub ki, noyabrdan sonra nə yığmadakı müqaviləsini yeniləyə, nə də başqa təkliflərə baxa bilər".
