9 sentyabr 2011 17:56

Millimizin baş məşqçisi: Əsas vəzifəmiz qrupdan çıxmaq olacaq

Futzal üzrə yığma komandamızın baş məşqçisi Joze Alesio azerisport.az saytına müsahibəsində AÇ-2012-nin final mərhələsində Portuqaliya və Serbiya ilə eyni qrupa düşməyimizdən və şanslarımızdan danışıb.

- Püşkün nəticəsini necə qiymətləndirərdiz?
- Yalnız A qrupu bir qədər zəif alındı. Qalan bütün qruplar çətindi. Bizə də çətin qrup düşüb. Heç də asan oyunlar olmayacaq.

- Deməli, bəxtimiz gətirməyib?
- Bizim bəxtimiz bunda yox, qrupdan çıxacağımız halda kimlərlə düşməyimiz baxımından gətirməyib. Məsələ burasındadı ki, B qrupundan birinci yerlə 100 faiz İspaniya çıxacaq. Amma bizə onlarla düşmək olmaz. İspanlarla ancaq braziliyalılar mübarizə apara bilərlər. Bu isə o deməkdi ki, bizə ancaq qrupu birinci yerdə tamamlamaq lazımdı. Belədə, güman ki, həmin qrupda ikinci olacaq Ukrayna ilə düşə bilərik ki, onları da məğlub etmək olar. Hansı ki, biz bunu bir neçə dəfə etmişik.

 
- Amma bunun üçün qrupun favoriti Portuqaliyanı udmaq lazımdı. Hansı ki, son Avropa çempionatının yarımfinalında məhz onlara yenilmişdik. Revanş hissi qalır?
- Xeyr. Onlar bizi ancaq penaltilərlə uda bilmişdilər. Əminəm ki, hər iki komandada bir-birinə qarşı ancaq hörmət hissləri qalıb. Çətin oyun olacaq.

- Elə ilk oyunumuzu onlara qarşı keçirməyimiz işimizi çətinləşdirmir?
- Xeyr. Əksinə, bu, bizim üçün yaxşıdı. Bunu həm zədəli, həm də cəzalı oyunçuların olmaması baxımından uğurlu saymaq olar. Digər tərəfdən yorğunluq olmayacaq. Sonuncu Avropa çempionatı bizim üçün uğurlu alınmışdı. Bu dəfə işimiz daha çətin olacaq. Bizim əsas vəzifəmiz qrupdan çıxmaq olacaq. Ondan sonra isə mümkün qədər irəliləmək.
 
- Siz Serbiya yığması haqda demək olar ki, heç nə demədiniz...
- Mən demək olar ki, bu komanda haqda heç nə bilmirəm. Heç bilmirəm onlar püşkatma vaxtı ikinci səbətdə necə yer alıblar. Amma vaxt var və biz onları öyrənməyə çalışacağıq. Sizə indidən ancaq onu deyə bilərəm ki, serbləri keçə bilərik.

- Bu komandalarla düşməyimiz planlarınızı dəyişdirməyəcək?
- Elə də yox. Noyabrda Braziliyada Qran-pri yarışı olacaq. Biz də orda iştirak etmək istəyirik. Əgər çıxış etməsək də belə, orda təlim-məşq toplanışı keçməliyik. Orda yaxşı sınaqçı-rəqiblər də tapmaq olar. Yaxşı hazırlaşmaq lazımdı. Çünki rəqiblərimiz də əllərini yanına salıb oturmayacaqlar.
 
- Hansısa dəyişikliklər olacaq?
- Xeyr. Bunun üçün çox az vaxtımız var. Əlimizdəki kadrlarla kifayətlənməli olacağıq. Ola bilsin ki, iki yerli oyunçu götürdük. Qapıçılara gəlincə, bir nömrə yenə Andrey Tveryankindi. Təəssüf ki, Azərbaycanda yaxşı qapıçı yoxdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.