9 sentyabr 2011 18:35
Qarabağ yenidən Suraxanıya qayıdır
“Qarabağ” yenidən Suraxanıya qayıdır. Azerisport.az xəbər verir ki, Ağdam klubu qarşıdakı ev oyunlarını Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirməli olacaq.
Buna Quzanlı qəsəbəsindəki Olimpiya kompleksinin stadionunun təmirə bağlanması səbəb olub. Belə ki, klubun mətbuat xidmətindən aldığımız məlumata görə, həmin arenanın ot örtüyünün pis vəziyyətdə olması qazonun yenilənməsini zəruri edib.
Belədə, “Qarabağ” 6-cı turun “Xəzər Lənkəran”, eləcə də 8-ci turun “Turan”la görüşlərini məhz Suraxanıda keçirməli olacaq. Həmin qarşılaşmalar müvafiq olaraq sentyabrın 17-də və oktyabrın 1-də keçiriləcək.
Ağdam klubu Quzanlıdakı növbəti ev oyununu isə oktyabrın 28-də “Bakı”ya qarşı keçirə biləcək.
