10 sentyabr 2011 00:03
Premyer Liqamızda Böyük tur
Futbol üzrə Azərbaycan Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə bu gün başa çatır. Azerisport.az xəbər verir ki, bu gün və sabah Premyer Liqada 5-ci turun oyunları keçiriləcək.
Ənənəvi olaraq həm ilk, həm də ikinci oyun günündə üç qarşılaşma baş tutacaq. Şənbə günü “Bakı” “Rəvan”ı, “İnter” “Simurq”u, “Xəzər Lənkəran” isə “Neftçi”ni qəbul edəcək.
Hesabat turuna “Bakı” - “Rəvan” oyunu ilə start veriləcək. Mövsüm başlayandan istədiyi oyunu nümayiş etdirə bilməyən “Bakı” debütant “Rəvan”la oyunda uğursuz oyunlar seriasına son qoymağa çalışacaq. Ötən tur doğma meydanda “Kəpəz”ə 0:3 hesabı ilə məğlub olan paytaxt təmsilçisinin heyətində İbrahim Karqbo qırmızı vərəqə aldığından “Rəvan”a qarşı oyunda iştirak edə bilməyəcək. “Bakı”nın Premyer Liqada qol vurmayan yeganə klub olması komandanın hücum xəttində ciddi problemlərin varlığından xəbər verir. Xatırladaq ki, “Bakı” futbolçuları üç dəfə penalti zərbəsini qola çevirə bilməyiblər. Ötən tur lider “Xəzər Lənkəran”ı qəbul edən “Rəvan” güclü rəqibi qarşısında əzmkar mübarizə nümayiş etdirdi. Hesabı “Rəvan” futbolçuları açsa da, üstünlüyü sona kimi qoruya bilməmişdilər. Lakin Bəhmən Həsənovun komandası lideri büdrədən ilk kollektiv kimi tarixə düşmüşdü. Bu dəfə də “Rəvan”ın “Bakı”ya asanlıqla təslim olmayacağı dəqiqdi.
Turun digər oyununda “İnter” “Şəfa” stadionunda autsayder “Simurq”u qonaq edəcək. İlk turda “Turan” üzərində 1:0 hesabı ilə qələbə qazanan “İnter” bu oyundan sonra nə qalib gələ bilib, nə də qol vurub. Yeri gəlmişkən, son turda “Sumqayıt Şəhər”lə oyunu keçirilməyən “bankirlər” “Bakı” ilə qalmaqallı oyundan sonra ilk dəfə meydana çıxacaq. Ötən tur səfərdə “Turan”a 0:1 hesabı ilə məğlub olan “Simurq” isə autsayderlər sırasından çıxmaq üçün “Şəfa” stadionundan qələbə ilə ayrılmalıdı. Baxmayaraq ki, bu, mümkünsüz görünür. Qeyd edək ki, turnir cədvəlində bu komandaları 1 xal ayırır.
5-ci turun ən maraqlı qarşılaşması Lənkəran şəhər stadionunda baş tutacaq. “Xəzər Lənkəran” son çempion “Neftçi”ni qəbul edəcək. Hər iki komanda ötən tur vacib xallar itirdiyindən qalib gəlməyə çalışacaq. Bu oyundan qalib ayrılan komanda çempionluğa doğru önəmli addım atacaq. Xatırladaq ki, son mövsümdə də çempionluq mübarizəsi məhz bu iki klub arasında getmişdi. “Ağ-qaralar” çempionluğu bayram etdikləri halda, “ağ-yaşıllar” da gümüş medallarla kifayətlənmişdilər. Amma bu mövsüm hələ ki, işləri yaxşı getməyən çempion lider “Xəzər Lənkəran”a aşağıdan yuxarı baxır.
5-ci turun ikinci oyun günü - sentyabrın 11-də “Qəbələ” - “Turan”, “Sumqayıt Şəhər” - “Qarabağ” və “Kəpəz” - AZAL qarşılaşmaları keçiriləcək. Toni Adamsın yetirmələri ötən tur səfərdə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edərək turnir cədvəlində mövqeyini bir qədər də yaxşılaşdırdı. Hazırda “Qəbələ” 8 xalla ikinci pillədə qərarlaşıb. “Qəbələ” “Turan” üzərində qələbə qazanmaqla liderlər qrupunda mövqeyini qoruya bilər. “Turan” ev oyunlarında 100 faizlik nəticə göstərsə də, komanda bütün səfər oyunlarında məğlub olub. “Qəbələ” ilə səfər oyununda bərabərlik “Turan” klubu üçün uğur sayıla bilər.
“Qarabağ” turnir cədvəlinin son pilləsində qərarlaşan “Sumqayıt Şəhər”in qonağı olacaq. 4-cü turda doğma meydanda “Qəbələ”yə məğlub olan Ağdam təmsilçisi autsayder üzərində qələbə qazanaraq azarkeşlərinə ötən turdakı məğlubiyyəti unutdurmağa çalışacaq. Ağdam təmsilşisi bu oyunda cəzalı olan kapitan Rəşad Sadiqovun xidmətindən yararlana bilməyəcək. Qeyd edək ki, Sumqayıt təmsilçisi turnir cədvəlində xalı olmayan yeganə komandadı.
5-ci turun daha bir oyunu Gəncədə yerli “Kəpəz” və paytaxt təmsilçisi AZAL arasında keçiriləcək. Bu oyun öncəsi hər iki komandanın heyətində ciddi itkilər var. “Kəpəz”in heyətində müdafiəçilər Muammer Erdoğdu və Azər Məmmədovla qapıçı Elşən Poladov, AZAL-ın heyətində isə Aqil Nəbiyev, Robert Petrov və Ervin Bulku zədəlidir. AZAL-ın moldovalı hücumçusu Georgi Bogihunun da “Kəpəz”ə qarşı oyunda iştirakı sual altındadır. Qeyd edək ki, “Kəpəz”in yeni transferləri Milan Antiç və Razvan Tarlea da bu oyunda meydana çıxa bilərlər.
Premyer Liqa
5-ci tur
10 sentyabr (şənbə)
Bakı - Rəvan
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17:30.
İnter - Simurq
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Habil Əliyev, Fariz Yusifov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Asif Namazov.
Bakı. "Şəfa" stadionu. Saat 19:00.
Xəzər Lənkəran - Neftçi
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İlham Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 20:00.
11 sentyabr (bazar)
Qəbələ - Turan
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Zeynal Zeynalov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Qəbələ. Şəhər stadionu. Saat 17:00.
Sumqayıt Şəhər - Qarabağ
Hakimlər: Ceyhun Haşımov, Vaqif Musayev, Aleksandr Musatkin, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Əmir Zamanov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 17:00.
Kəpəz - AZAL
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Şahin Cəfərov.
Gəncə. Şəhər stadionu. Saat 17:00.
|
1
|
Xəzər Lənkəran
|
4
|
3
|
1
|
0
|
9-3
|
10
|
|
2
|
Qəbələ
|
4
|
2
|
2
|
0
|
4-2
|
8
|
|
3
|
AZAL
|
4
|
2
|
1
|
1
|
7-5
|
7
|
|
4
|
Neftçi
|
3
|
2
|
0
|
1
|
6-3
|
6
|
|
5
|
Qarabağ
|
3
|
2
|
0
|
1
|
3-2
|
6
|
|
6
|
Kəpəz
|
4
|
2
|
0
|
2
|
8-7
|
6
|
|
7
|
Turan
|
4
|
2
|
0
|
2
|
5-5
|
6
|
|
8
|
Bakı
|
4
|
1
|
2
|
1
|
3-3
|
5
|
|
9
|
İnter
|
3
|
1
|
0
|
2
|
1-4
|
3
|
|
10
|
Rəvan
|
4
|
0
|
2
|
2
|
4-6
|
2
|
|
11
|
Simurq
|
4
|
0
|
2
|
2
|
1-5
|
2
|
|
12
|
Sumqayıt Şəhər
|
3
|
0
|
0
|
3
|
2-8
|
0
|
Bombardirlər:
3 - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi), Sergey Artyux (Turan).
2 - Rauf Əliyev (Qarabağ), Elşən Məmmədov, Zohair Benouahi (hər ikisi AZAL), Branimir Subaşiç (Xəzər Lənkəran), Yuri Fomenko (Kəpəz).
