9 sentyabr 2011 14:57

Azərbaycan AÇ-də Portuqaliya və Serbiyaya rəqib oldu (YENİLƏNİB)

Bu gün futzal üzrə növbəti Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, Xorvatiyanın Zaqreb şəhərində baş tutacaq tədbir Bakı vaxtı ilə saat 14:30-da start götürüb.
 
Qeyd edək ki, Azərbaycan millisi püşkatma öncəsi Rumıniya, Sloveniya və Türkiyə ilə birgə 3-cü səbətdə yer alırdı. Bu isə o deməkdi ki, yığmamız sözügedən komandalar istisna olmaqla digər iki səbətdə yer alan kollektivlərlə eyni qrupa düşəcəkdi.
 
Komandaların səbətlər üzrə bölgüsünü diqqətinizə çatdırırıq:
 
1-ci səbət: Xorvatiya, İspaniya, İtaliya, Portuqaliya
2-ci səbət: Rusiya, Ukrayna, Çexiya, Serbiya
3-cü səbət: Azərbaycan, Rumıniya, Sloveniya, Türkiyə.
 
Püşkatma nəticəsində isə komandalar aşağıdakı qruplara bölündülər. Püşkün nəticəsinə əsasən, millimiz AÇ-nin final mərhələsində D qrupunda Portuqaliya və Serbiya yığmaları ilə mübarizə aparacaq.
Bütün qrupların tərkibini diqqətinizə çatdırırıq:
 
A qrupu
Xorvatiya
Rumıniya
Çexiya
 
B qrupu
Sloveniya
Ukrayna
İspaniya
 
C qrupu
Türkiyə
İtaliya
Rusiya
 
D qrupu
Azərbaycan
Serbiya
Portuqaliya
 
Qeyd edək ki, futzal üzrə Avropa çempionatı 2012-ci ilin fevralında Xorvatiyada təşkil olunacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.