9 sentyabr 2011 11:29

Şahin Diniyev: Millimiz son iki oyunda xal ehtiyatını artıracaq gücdədi

Futbol üzrə yığma komandamızın sabiq baş məşqçisi Şahin Diniyev azerisport.az saytına müsahibəsində Azərbaycan millisinin çıxışını dəyərləndirib.

- Millinin Qazaxıstan üzərindəki qələbəsini necə dəyərləndirərdiz?
- Qələbədən sonra obyektiv danışmaq həmişə çətindi. Qələbə qazanmaq lazım idi ki, yığma da bunu bacardı. Əsas nəticədi. Buna görə də indi problemlərdən danışmaq bir qədər çətindi. Çünki qalibləri mühakimə etmirlər. Qazaxlarla oyunda fiziki və taktiki cəhətdən onlardan daha üstün idik. Çətin oyun alındı. Həm də nəzərə almaq lazımdı ki, yığma bu oyuna təzyiq altında çıxmışdı. Amma buna baxmayaraq, futbolçularımız layiqli qələbə qazana bildilər. Bunda hər bir futbolçu vacib rol oynadı. Hətta bəzilərini xüsusi qeyd etməyə də dəyər.
 
- Məsələn?
- Qələbəni bütün komanda qazandı. Amma daha çox Rauf Əliyevin oyununu bəyəndim. O, cavab qoluna imza atmaqla yanaşı bütün oyunu yüksək səviyyədə keçirdi. Həmçinin Mahir Şükürov da komandanın psixoloji səddi aşmasında önəmli rol oynadı. Hər halda hesabda geri olan komandanın 3 top vurması heç də asan deyil. Vaqif Cavadov da yaxşı oynadı. Onun son oyunlarına baxdıqda, üzərində işlədiyi hiss olunur.
 
- Hesabı qazaxların açacağını gözləyirdiz?
- Onlar ev tapşırığını yerinə yetirdilər və qol vurmaq üçün əllərindən gələni etdilər. Həmin epizodda müdafiə xəttimiz səhvə yol verdi ki, nəticədə də qol buraxdıq. Amma bu, futboldu, burda səhvsiz olmur. Əsas odu ki, komanda özündə güc tapıb qələbə qazandı. Cavab qolunu mümkün qədər tez vurmaq lazım idi ki, bizimkilər də bunu 53-cü dəqiqədə etdilər. Məhz həmin qoldan sonra komandamız daha inamlı oynamağa başladı.
 
- Artıq komandamızın hesabında 7 xal var. Bu, nədən xəbər verir?
- Biz hələ Avropa və ya dünya çempionatının final mərhələlərinə vəsiqə haqda düşünə bilmərik. Elə böyük hədəflər bizlik deyil. Biz qrupda 1-2-ci yerləri tutmaq uğrunda mübarizəyə hazır deyilik. Amma hər halda addım-addım irəliləyirik. İndi Azərbaycanı iki çətin oyun gözləyir. Uşaqlar göstərməlidilər ki, qazanılan 7 xal heç də təsadüfi deyil. Oyun planında yenə bəzi problemlərimiz var. Onların üzərində işləmək lazımdı. Hesab edirəm ki, yığmamız qarşıdakı iki oyunda da xal ehtiyatını artıracaq gücdədi.

- Sizcə, Türkiyə ilə oyunda şansımız var?
- Futbol proqnoz sevmir. Məncə yığmamız daha çox Avstriya ilə oyunda öz futbolunu sərgiləyə və xal ala bilər. Yenə də hər şey ondan asılı olacaq ki, komandamız bu oyuna necə yanaşacaq. Futbolçularımız arxayınlaşmamalıdılar. Yeddi xal əlbəttə, yaxşıdı. Amma daha çox xal da toplaya bilərik. Düzgün taktika ilə Avstriya ilə heç-heçə edə bilərik. Türkiyə ilə oyunda isə işimiz daha çətin olacaq.

- İstambuldakı oyundan nə gözləyirsiz?
-
Türkiyə üçün indi hər xal qızıla bərabərdi. Onlar bizə çətin ki, xal hədiyyə edə. Türklər həmin oyunda qələbə üçün hər şeyi edəcəklər. Bu üzdən də bizi İstambulda əsl sınaq gözləyir. Bu oyunu qiymətləndirməmək olmaz. Matç rəqib meydanında keçiriləcəyindən onlar bütün oyun boyu hücum edəcəklər.

- Berti Foqtsun işi onu postunda saxlamağa imkan verir?
- Mən öz həmkarlarımın işini şərh etməyi xoşlamıram. Bu, mənim işim deyil. Hər şeyi AFFA həll edir. Onlar hər şeyi analiz etməlidilər. Hər halda yığmada sabit oyun yoxdu. Bütün oyunları yada salsaq, daha çox pis oynadığımızı görərik. Komanda oyunu hiss olunmayıb. Çoxlu səhvlər üzə çıxıb. Fikrimcə, AFFA hər şeyi analiz edib, düzgün qərar verəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.