9 sentyabr 2011 11:56
Yığma komandada baş məşqçi dəyişikliyi
Çernoqoriya Futbol Federasiyası yığma komandanın baş məşqçisi Zlatko Krançarı istefaya göndərib. Azerisport.az xəbər verir ki, millinin son uğursuzluqlarından yaxa qurtarmaq istəyən rəhbərlik çıxış yolunu məhz baş məşqçi dəyişikliyində görüb.
Artıq Krançara əvəzləyici də tapılıb. Belə ki, xorvatiyalı mütəxəssisi AÇ-2012-nin seçmə mərhələsinin son iki oyununda Branko Brnoviç əvəzləyəcək.
Qeyd edək ki, Çernoqoriya millisinə 2010-cu ilin fevralında gəlmişdi. O, bu postda Zoran Filipoviçi əvəzləmişdi. Bu mütəxəssisin rəhbərliyi altında yığma seçmə mərhələyə əla start vermişdi. Çernoqoriyalılar ardıcıl 3 oyunda 1:0 hesablı qələbələrlə 9 xal topladılar. Ondan sonrakı oyunlarda isə yığma sadəcə 2 heç-heçə edə bildiyi halda, qalan görüşlərində məğlubiyyətlə üzləşdi. Hazırda Çernoqoriya 11 xalla G qrupunda ikinci pillədə qərarlaşıb.
